Menyu

Altı mindən çox tələbənin təhsil krediti müraciətinə imtina cavabı verilib

Nərmin Qocamanlı
Altı mindən çox tələbənin təhsil krediti müraciətinə imtina cavabı verilib

Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan kredit statistikasını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Məlumata görə, bu günə qədər 26 min 150 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 6606 nəfərin müraciətinə imtina cavabı verilib.

Bu günə qədər 19 min 544 nəfərə təhsil tələbə krediti (TTK) verilib. Onların arasından 7130 nəfərin müraciəti sosial TTK, 12414 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Qeyd edək ki, iyulun 20-si saat 12:00-dan etibarən 2023-2024-cü ilin payız semestri üzrə təhsil tələbə krediti müraciətlərinə başlanılır.

Teqlər:

"Altı mindən çox tələbənin təhsil krediti müraciətinə imtina cavabı verilib"

Əlaqəli Xəbərlər