http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb 

19 İyul 2023 , 08:23
Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb 

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Mollakənd və Şilyan kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə adları qeyd olunan kənd bələdiyyələrinin sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
Analoji qayda pozuntusu Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da aşkarlanıb. Rayonunun müxtəlif küçə və prospektlərində sənaye və məişət tullantılarının qalaqlanması faktlarına görə rayon bələdiyyəsinin sədri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində müvafiq tədbirlər görülüb və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu