http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bölgələrdə "zibilə düşən" bələdiyyələr - ARAŞDIRMA

19 İyul 2023 , 09:29
Bölgələrdə "zibilə düşən" bələdiyyələr - ARAŞDIRMA

Azərbaycanda son 1 ayda 5-dən çox bələdiyyə sədri sanitariya-gigiyena qaydalarının pozulması faktı ilə bağlı cərimə edilib.

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb 

"Operativ Media" xəbər verir ki, Daxili İşlər Nazirliyi faktlarla bağlı rəsmi açıqlamalarında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktlarının aşkar olunduğunu qeyd edib. Bəs görəsən konteynerlərin olmadığı, tullantıları daşımaq üçün texnikaların olmadığı kəndlərdə bələdiyyələrin cərimələnməsi çıxış yoldurmu?

"Operativ Media" əməkdaşları bir neçə bölgədə araşdırma aparıb.

Şamaxıda bələdiyyə sədri cərimələnib (FOTO)

Göygöl rayonunun Çaykənd kəndinin sakinləri deyir ki, çay boyunca hər yerdə zibil görmək mümkündür. Məhəllələrdə isə insanlar həyətlərində zibilləri bir yerə toplamaqla yandırırlar. Lakin bəzi zibil tullantıları yandırmaqla məhv olmadığından bu da çıxış yolu deyil.

Tovuzda isə mənzərə fərqli olmasa da, vəziyyətdə fərq var. Aşağı Quşçu kəndinin sakinləri deyir ki, zibili daşımaq üçün aylıq pul yığılır. Lakin ayda bir dəfə kimsə gələ, ya gəlməyə .

İsmayıllı və Zaqatalanın kəndlərində də oxşar vəziyyət hökm sürür. Sakinlər bildirirlər ki, xüsusilə, yay aylarında və yağışlı havalarda üst-üstə yığılıb qalan tullantıların qoxusu ətrafı bürüyür. Sakinlər deyir ki, zibil qutuları qoyulsa da sakinlər ödəniş etmədiyindən zibillər daşınmır. Ona görə də burda yaşayanlar torbalara yığıb hara gəldi atırlar.

Məsələ ilə bağlı yerli icra strukturları bildirir ki, işçi ayrılsa da fiziki cəhətdən çatdırmaq mümkün deyil. Ərazi böyük, zibillik çox, işçi isə azdır. Üstəlik vətəndaşlar da özünə ən yaxın yerə zibili atmağı seçirlər.

Millət Vəkili Razi Nurullayev deyir ki, bölgələrdə əsas problemlərdən biri məhz zibillərin çeşidlənməsi ilə bağlıdır. İnfrastruktur olmadığı üçün kənd yerlərində məişət tullantıları toplanmır.

"Kəndlərdə zibilləri daşımaq bələdiyyələrin səlahiyyətindədir. Onlar da gərək lazımi orqanlara pul ödəyib bu işi icra etdirsinlər. Bələdiyyələr də dotasiya ilə işləyir. O pul da qəpik-quruşdur. Bələdiyyənin qazancı 0 səviyyəsindədir. Ona görə də işçi tutmaq, daşıtdırmaq olmur.

Millət vəkilin sözlərinə görə, bölgələrdə zibillərin yığılması, daşınması və çeşidlənməsi üçün xüsusi dövlət proqramına ehtiyyac var. Əks təqdirdə turizm potensialına malik olan kənd yerləri tullantı poliqonlarına çevriləcək.

Göyçayda bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub

Qeyd dək ki, bələdiyyələrin cərimələnməsi reallığı dəyişmir. Bəzi bələdiyyələr sakinlərin atdığı tullantılara görə artıq ikinci dəfədir ki, cərimələnir. Dövlət proqramından isə xəbər yoxdur.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu