Menyu

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

İyulun 18-də ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə,  axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 4 nəfər ölüb"

Əlaqəli Xəbərlər