Menyu

Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Redaksiya
Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə,  keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər