http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kapital Bank tələbələr üçün təqaüd proqramı elan edir

19 İyul 2023 , 12:45
Kapital Bank tələbələr üçün təqaüd proqramı elan edir

Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən Kapital Bank tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.

Təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan. 

Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Yuxarıdakı meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər – https://kbl.az/klbtp23

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu