http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Səbail rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

19 İyul 2023 , 15:13
Səbail rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

Dövlət Su Ehtiyatları Agentliyinin Səbail rayonunda keçirdiyi nəzarət tədbirləri nəticəsində bəzi obyektlərdə və fərdi mənzillərdə sudan qanunsuz istifadə halları aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Belə ki, 20-ci sahə, Ömər Faiq Nemanzadə küçəsi 25-də yerləşən avtoservisin sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan magistral xəttə özbaşına birləşmə edərək sudan qeyri-qanuni istifadə edib. Oxşar vəziyyətə 20-ci sahə, Elçin Əzizov küçəsi, dalan 2-də yerləşən avtoservisdə də rast gəlinib. Obyektin sahibi şəbəkəyə qoşulmaq üçün texniki şərt alsa da, su təchizatı müəssisəsindən xəbərsiz birləşmə edib və sudan uçotsuz istifadə edib.

Məlumata görə, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Xurşidbanu Natəvan küçəsində yerləşən həyət evinin sahibi uzun müddət ödəniş etmədiyindən borcu yığılıb: "Sayğaca baxış keçirərkən işlək vəziyyətdə olmadığı müəyyən edilib, həmçinin ev sahibinin sayğacdankənar xətt çəkərək suyu taladığı da aşkar olunub".

Bildirilir ki, aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib.

"Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - Agentlik qeyd edir.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında ümumilikdə 8 899, Səbail rayonunda isə 131 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

OXŞAR XƏBƏRLƏR
Şəmkirdə 6 otaqlı ev yanıb

Şəmkirdə 6 otaqlı ev yanıb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

“Burger King”in Azərbaycandakı françayzi cərimələnib

XƏBƏR LENTİ
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:30

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
Menyu