http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

AQTA Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb

19 İyul 2023 , 16:41
AQTA Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb

Şəmkirdə balıq emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, ev 28 ünvanında yerləşən və fiziki şəxs Elməddin Mehman oğlu Xudiyevə məxsus olan balıq emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar gigiyenik norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Belə ki, müəssisədə emal olunan balıqların baytarlıq arayışı ilə müşayiət edilmədiyi, məhsulun hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, yuyulma zamanı istifadə edilən qabların mütəmadi təmizlənmədiyi, xammal və inqrediyentlərin temperatur rejiminə əməl olunmadan yararsız və çirkli qablarda saxlanıldığı müəyyən edilib.

Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən materiallarla üzlənmədiyi aşkarlanıb. Müəssisədə istehsal zamanı texnoloji ardıcıllığa riayət olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin tibbi müayinələrdən keçmədiyi və iş prosesi zamanı xüsusi gigiyenik geyimlərdən istifadə edilmədiyi aşkar olunub.

Aşkarlanmış çatışmazlıqlarla əlaqədar məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda çəkisi 930 kq olan müxtəlif çeşidli balığın satışı qadağan edilib, protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

XƏBƏR LENTİ
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Menyu