http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İctimai TV-də iclas keçirilib, Yayım Şurasına yeni sədr seçilib

19 İyul 2023 , 20:15
İctimai TV-də iclas keçirilib, Yayım Şurasına yeni sədr seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, toplantıda Yayım Şurasına yeni sədr seçilib.

"Operativ Media" xəbər verir ki, qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib. Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib.

İclasda həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni televiziya və radio mövsümünə hazırlığı müzakirə edilib. Şirkətin Baş direktoru Balakişi Qasımov Yayım Şurasını növbəti mövsümdə reallaşdırılacaq iri layihələr barədə məlumatlandırıb.

Qeyd olunub ki, növbəti ildə İctimai Televiziya iri layihələrlə yanaşı, beynəlxalq səviyyəli idman yarışları, o cümlədən futbol üzrə Avropa Çempionatı və Olimpiya oyunlarının rəsmi yayımçısı olacaq. Bundan əlavə, televiziyada bir sıra yeni serialların istehsalı nəzərdə tutulur. Eyni zamanda, kanal ictimai-siyasi və maarifləndirici proqramların keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklərə imza atmağı planlaşdırır.

Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur.

Teymur Kərimli 1953-cü ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmaların müəllifidir.

OXŞAR XƏBƏRLƏR
Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür

Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

XƏBƏR LENTİ
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
Menyu