Menyu

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edilib

Nərmin Qocamanlı
Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edilib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı çirkab suyunun su hövzəsinə axıdılması, eləcə də məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib. Qeyd olunan faktla bağlı bir nəfər inzibati məsuliyyəttə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinə əsasən protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edilib"

Fotogalereya

Əlaqəli Xəbərlər