Bakıda orta aylıq əməkhaqqı 13 %-dən çox artıb

Operativ Media
Bakıda orta aylıq əməkhaqqı 13 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi “Operativ Media” ya bildirib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur.

Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Digər xəbərlər