http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İlham Əliyev: “Azərbaycan Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

01 Oktyabr 2022 , 14:20
İlham Əliyev: “Azərbaycan Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur: "Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq". 

Qaz ixracının artırılması üçün bütün potensial olduğunu vurğulayan dövlət başçısı vurğulayıb: “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür

Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür

“COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib

“COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir

XƏBƏR LENTİ
  • 00:56

    Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
  • Dünən
    23:11

    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
  • Dünən
    22:59

    Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib
  • Dünən
    22:44

    Mirzoyan: Rusiya ilə münasibətlərdə problemlər var
  • Dünən
    22:30

    Bakı metrosunda xəsarət alan var
    Bakı metrosunda xəsarət alan var
  • Dünən
    22:19

    Blinken: Çin Rusiyaya əsas silah tədarükçüsüdür
  • Dünən
    22:04

    Yermak və Siyarto arasında görüş olacaq
  • Dünən
    21:49

    BMT-nin baş katibi İranı təmkinli olmağa çağırıb
Menyu