“İnkişaf perspektivmizi yaxın ölkələrin nəticələrinə görə əsaslandırsaq, ölkədəki korporativ istiqraz bazarı 4 dəfə artmalıdır.Banklar kreditlər vasitəsi ilə şirkətləri müəyyən dərəcə özündən asılı hala salır. Korporativ istiqrazlar isə bunun qarşısını almaq üçündür.”
"Operativ Media" xəbər verir ki, bunu bu gün öz işinə başlayan Maliyyə İnvestisiya Forumunun spikeri, PAŞA Kapital İnvestisiya şirkətinin direktor müavini Ruslan Xəlilov deyib.
Qeyd edək ki, Azərbaycanda 3-cü dəfədir keçirilən forumun bu ilki devizi "Gələcək üçün yenilən!"dir.