Qətər DÇ-nin təşkilatçılığına 300 milyard dollar xərcləyib

Operativ Media
Qətər DÇ-nin təşkilatçılığına 300 milyard dollar xərcləyib

Noyabrın 20-dən dekabrın 18-dək Qətərin ev sahibliyi edəcəyi 2022-ci il futbol üzrə dünya çempionatı indiyə qədər keçirilən ən bahalı dünya çempionatıdır.


"Bloomberg"in xəbərinə görə, Qətər turniri təşkil etmək hüququ qazandıqdan sonra  300 milyard dollar xərcləyib.

Yaxın Şərqdə keçirilən ilk Dünya Çempionatı çərçivəsində Doha 1 milyondan çox futbol azarkeşini qəbul etmək üçün yeni stadionlar və hotellər tikib.  Nəticədə şəhər böyük dəyişikliklərə məruz qalıb.

Turnirə hazırlıq çərçivəsində 7 yeni futbol stadionu, stadionların inteqrasiyası üçün metro bağlantısı, hava limanı, xəstəxanalar, hotellər və ticarət mərkəzləri tikilib.

Turnirin əvvəlki ev sahibi Rusiya bu çərçivədə 11,6 milyard dollar xərcləyib.

DÇ-2022-nin 2018-dəki turnirdən təxminən 5,4 milyard dollar çox gəlir gətirməsi gözlənilir.

Digər xəbərlər