Menyu

Azad edilmiş ərazilərdə daha 141 mina aşkarlanıb

Nərmin Qocamanlı
Azad edilmiş ərazilərdə daha 141 mina aşkarlanıb
1 dəq oxu

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 129 tank əleyhinə mina, 317 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 527, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əlaqəli Xəbərlər