Menyu

Bu gün Cəlilabadda Peşələr Festivalı keçiriləcək

Redaksiya
Bu gün Cəlilabadda Peşələr Festivalı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalı 14 Noyabr tarixində Cəlilabad rayonunda təşkil olunacaq. 

"Operativ Media" xəbər verir ki, Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Tədbir iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumatlar verilir.

Teqlər:

"Bu g\u00fcn C\u0259lilabadda Pe\u015f\u0259l\u0259r Festival\u0131 ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər