Menyu

Bakıda avtomobildən 5000 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Bakıda avtomobildən 5000 manatlıq oğurluq edilib
1 dəq oxu

Noyabrın 10-da saat 22 radələrində Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 1990-cı il təvəllüdlü Ceyhun Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər