Menyu

 Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Nərmin Qocamanlı
 Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
1 dəq oxu

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər  nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, verilən məlumata görə, bundan başqa  RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.

Faktlar üzrə Şabran  RPŞ-də müvafiq araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər