Səkkiz heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Əliyev Pərviz Akif oğlu |
Nizami rayonu, Q.Qarayev prospekti |
İnzibati protokol tərtib edilib |
|
2. |
Hüseynov Vüqar Sədrəddin oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 67 |
İnzibati protokol tərtib edilib |
|
3. |
Baloğlanov Təvəkkül Şafiq oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 321B |
İnzibati protokol tərtib edilib |
|
4. |
Quliyev Bəhruz Madər oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 32 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Atakişiyev Xaləddin Adışirin oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 42 |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
6. |
Səfərov Saməddin Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
İbayev Azad Əliş oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.