Vergi ödəyicilərinə 335 minə yaxın Asan İmza sertifikatı verilib
Nərmin Qocamanlı
2023-cü ilin yanvar-oktyabr ayları ərzində #vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 542.447 şəxs qəbul edilib və onlara 966.389 sayda xidmət göstərilib ki, bunlardan 260 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 226 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 9,8 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 568 minə yaxın SMS göndərilib. Dövr ərzində 2.600 vergi ödəyicisinin iştirakı ilə 224 görüş keçirilib, 4.262 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
İlin əvvəlindən 218.812 müraciət üzrə 334.969 Asan İmza sertifikatı verilib. 17,2 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.
Teqlər:
"Vergi \u00f6d\u0259yicil\u0259rin\u0259 335 min\u0259 yax\u0131n Asan \u0130mza sertifikat\u0131 verilib"