Menyu

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

Bu barədə "Operativ Media"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

"Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda qeyd olunub.

Teqlər:

"Bak\u0131 v\u0259 Sumqay\u0131tda havada d\u0259m qaz\u0131n\u0131n miqdar\u0131 normadan \u00e7ox olub"

Əlaqəli Xəbərlər