15 Noyabr 2023, 10:11
"Rosselxoznadzor"un rəhbəri bu gün Azərbaycana gəlir
"Rosselxoznadzor"un rəhbəri bu gün Azərbaycana gəlir şəkil
"Rosselxoznadzor"un rəhbəri bu gün Azərbaycana gəlir

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert bu gün Azərbaycana səfər edəcək.

"Operativ Media" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Dankvertin Azərbaycanda yüksək səviyyəli işgüzar görüş keçirəcək.

Azərbaycanın baytarlıq və fitosanitar nəzarəti sistemi ilə tanış olmaq məqsədi ilə Rusiya Xidmətinin rəhbəri ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında danışıqların aparılması nəzərdə tutulur.

Tərəflər ikitərəfli ticarətin miqyasını nəzərə alaraq əməkdaşlığın cari məsələlərini, o cümlədən dabaq virusunun dünyada yayılması ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bundan əlavə, səfər çərçivəsində Sergey Dankvert Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirəcək.

Son xəbərlər
"Şamaxı" Cəlal Hüseynovu yola saldı
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
MEDİA jurnalistlərə və ictimai fəallara çağırış edib
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir