Menyu

Ziya Bünyadov prospektində sürət həddi endirilib

Nərmin Qocamanlı
Ziya Bünyadov prospektində sürət həddi endirilib

Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.

Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.

Teqlər:

"Ziya B\u00fcnyadov prospektind\u0259 s\u00fcr\u0259t h\u0259ddi endirilib"

Əlaqəli Xəbərlər