15 Noyabr 2023, 15:26
"Cinayətkara dəstək rəyləri cinayətkarlığı çoxaldır"-psixoloq
"Cinayətkara dəstək rəyləri cinayətkarlığı çoxaldır"-psixoloq şəkil
"Cinayətkara dəstək rəyləri cinayətkarlığı çoxaldır"-psixoloq

Azərbaycanda sosial şəbəkələrdə müxtəlif profillər vasitəsilə cinayəkarlığı təbliğ edən, cinayətkara haqq qazandırılan materiallara rast gəlinir.

“Operativ Media” xəbər verir ki, “Facebook”, “İnstagram”, “Tiktok” kimi sosial şəbəkələrdə bu hal daha geniş yayılıb.

İstər cinayət işlərində, istərsə də qudurluq, oğurluq hadisələrində hadisəni törətməkdə şübhəli bilinən şəxslərə bəraət qazandırılır. 

Psixoloq Rövşən Nəcəfov deyir ki, real həyatda olduğu kimi rəqəmsal dünyada da insanlar müxtəlif davranışları nümunə kimi görürlər. Alternativ fikirlər olmadıqda isə həmin davranışlar insanlara həqiqət kimi görünür. 

“Xüsusən azyaşlılar böyüklərdən fərqli olaraq informasiyanı birbaşa bilik olaraq qəbul edirlər. Böyüklər üçün bilik həm müqayisədir, həm də analizdir. Amma azyaşlılarda bu belə deyil. Azyaşlılar istənilən informasiyanı bilik olaraq qəbul edirlər. İnsan psixologiyasında hər zaman başqalarına nümunə olmaq, başqalarından güclü olmaq kimi anlayışlar mövcuddur. Bəzən bu anlayışlar bilik olmayanda cahilliyin yaratdığı hallara gətirib çıxarır. Təbii ki, cinayi düşüncələr insanlar üçün doğma düşüncələrdir. Biz bunu etiraf etməliyik. Çünki hər yerdə insanlar cinayət tərkibli fikirlərlə rastlaşırlar, istər televiziyada, istərsə də digər resurslarda. Dünyəvi olmaq və daha geniş düşüncələrə sahib olmaq üçün əziyyət çəkmək lazımdır”..

Psixoloqun sözlərinə görə, əslində bu düşüncə çox təhlükəli düşüncə formasıdır. Cəmiyyətdə bu halların artması neqativ hadisələri də çoxaldır.

“Cinayət anlayışı düşüncə formasıdır. Biz bu düşüncə ilə də mübarizə aparmalıyıq. İstər hüquqi, istər psixoloji maarifləndirmə istiqamətində daha geniş fəaliyyətlər göstərilməlidir. Bu tip təbliğatlarla hüquqi müstəvidə mübarizə aparılmalıdır. Bütün resurslardan istifadə edib insanları cahil və cinayi düşüncələrdən xilas etmək lazımdır. Böyüklər də əgər azyaşlı uşaqlarının bu istiqamətdə maraqlarının böyüdüyünü görürlərsə, mütləq peşəkar psixoloqlara müraciət etməlidirlər. Çünki onların düşüncələri dəyişməlidir ki, həyata baxışları, həyat tərzləri dəyişsin”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 7-ci fəslinin 31-ci maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.

Son xəbərlər
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
TikTok-da yaşlı insanlarla bağlı etik sərhədlər aşılır – Sosioloq
Azərbaycan və BƏƏ sənaye sahəsində əməkdaşlığı müzakirə edib
HƏMAS: İsrailin İrana hücumu regional partlayışa səbəb ola biləcək təhlükəli hadisədir
İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 95 nəfər yaralanıb - YENİLƏNİB
"Sabah"ın futbolçusu əməliyyat olundu
İsrail KİV Təbriz hava limanının tamamilə dağıdıldığını bildirir
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb