Menyu

Mənzil Tikinti Kooperativinin sədrinin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanıb

Redaksiya
Mənzil Tikinti Kooperativinin sədrinin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanıb

“Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

Yasamal rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər