Menyu

İqtisadiyyat naziri BVF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb

Nərmin Qocamanlı
İqtisadiyyat naziri BVF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb
1 dəq oxu

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə iqtisadi əməkdaşlığın gündəmində olan məsələləri müzakirə etdik:

–Ölkəmizin makroiqtisadi hədəfləri, eləcə də energetika sektorunun inkişaf perspektivləri;

–Vergi siyasəti və inzibatçılığı sahəsində son islahatlar və növbəti dövrlər üzrə nəzərdə tutulan tədbirlər;

–BVF ilə tərəfdaşlıq nəticəsində ölkəmizdə mütərəqqi təcrübənin tətbiqi və həyata keçirilən layihələr".

Əlaqəli Xəbərlər