Menyu

Qanunsuz miqrasiyaya qarşı  keçirilən tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan 12 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Qanunsuz miqrasiyaya qarşı  keçirilən tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşı olan 12 nəfər saxlanılıb

Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib. Tədbirlərlə müxtəlif Asiya ölkələrinin vətəndaşı olan ümumilikdə 12 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyət tədbirləri görülüb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. 

Qanunsuz miqrasiyanın təşkilinə dair aşkar edilən hallarla bağlı araşdırmalar davam etdirilir.
 

Teqlər:

"Qanunsuz miqrasiyaya qar\u015f\u0131 \u00a0ke\u00e7iril\u0259n t\u0259dbirl\u0259r zaman\u0131 m\u00fcxt\u0259lif \u00f6lk\u0259l\u0259rin v\u0259t\u0259nda\u015f\u0131 olan 12 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər