Menyu

Füzulidə bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olunub

Nərmin Qocamanlı
Füzulidə bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olunub

Füzulidə bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olunub

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbir zamanı rayonun Əhmədalılar və Bala Bəhmənli kəndlərinin  ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halı aşkar olunub. Həmin kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"F\u00fczulid\u0259 b\u0259l\u0259diyy\u0259 s\u0259drl\u0259ri bar\u0259sind\u0259 inzibati protokollar t\u0259rtib olunub"

Əlaqəli Xəbərlər