Menyu

Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq

Nərmin Qocamanlı
Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq

Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə investorlarla razılaşmışıq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb.

“Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla illik olaraq 500 min tonluq yük daşınacaq və tədricən bu rəqəm 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq, Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işlərini də aparmağa hazırıq”, - deyə Valeh Ələsgərov vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər