Menyu

Paytaxt havasında müşahidə olunan toz sinoptik şəraitlə əlaqədar lokal xarakterlidir

Nərmin Qocamanlı
Paytaxt havasında müşahidə olunan toz sinoptik şəraitlə əlaqədar lokal xarakterlidir

Sinoptik şəraitlə əlaqədar olaraq paytaxt havasında tozun miqdarı normadan yüksəkdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan zəif toz sinoptik şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Teqlər:

"Paytaxt havas\u0131nda m\u00fc\u015fahid\u0259 olunan toz sinoptik \u015f\u0259raitl\u0259 \u0259laq\u0259dar lokal xarakterlidir"

Əlaqəli Xəbərlər