Menyu

  Qubada ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub 

Nərmin Qocamanlı
  Qubada ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub 
1 dəq oxu

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Quba  Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin  əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Timiryazev qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər