http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat mərasimi keçirilib

17 Noyabr 2023 , 12:16
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat mərasimi keçirilib

Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Mərasimdə giriş nitqi ilə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov müasir Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərfli inkişafı istiqamətində həyata keçirilən siyasətdən danışaraq, istehsal edilən yeni məhsulun Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi olduğunu bildirib.

Z.İbrahimov bütün həyatını, varlığını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş və xalqımızın qəlbində əbədilik qazanmış dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı qızıl sikkənin QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqləndiyini deyən Z.İbrahimov yubiley sikkəsinin müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirildiyini qeyd edib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementlərinin dəqiqliklə əks etdirildiyi, qiymətli məhsula üçölçülü qabarıq relyef verildiyi diqqətə çatdırılıb.

Millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov isə qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ildə “AzerGold” QSC tərəfindən istehsal edilmiş qızıl sikkə tarixə öz imzasını qızıl hərflərlə yazmış Ümummilli Liderin zəngin mənəvi irsinin təbliğinə mühüm töhfədir.

OXŞAR XƏBƏRLƏR
İcma BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisinə cavab verib

İcma BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisinə cavab verib

ABŞ-nin Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya gəlib

ABŞ-nin Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya gəlib

Prezident İlham Əliyev Dubayda BƏƏ-nin Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Dubayda BƏƏ-nin Müstəqillik Günü ilə bağlı tədbirdə iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu