Menyu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin hüquqları açıqlanıb

Nərmin Qocamanlı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin hüquqları açıqlanıb

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun 9 hüququ olacaq.

"Operativ Media" xəbər verir ki, bunlar aşağıdakılardır:

- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

- müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

- müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

- müvafiq sahəyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması üçün aidiyyəti üzrə təkliflər vermək;

- fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

- müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Teqlər:

"Az\u0259rbaycan D\u00f6vl\u0259t Su Ehtiyatlar\u0131 Agentliyinin h\u00fcquqlar\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər