http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Salyanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

17 Noyabr 2023 , 15:44
Salyanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Əsgərov saxlanılıb .

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı heroin, metamfetamin və 430 qram marixuana aşkar olunaraq götürülüb. 
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Hacıağa Quliyev də saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq faktını etiraf edib. Sonuncu tərəfindən oğurluq yolu ilə əldə edilən əşya və avadanlıqlar isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

XƏBƏR LENTİ
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
  • 10:45

    Daha 7 güləşçimiz mübarizəyə başlayır
  • 10:42

    Ağsu sakini paytaxtda bıçaqlanıb
  • 10:40

    FHN əməliyyat görüntüləri yayıb
  • 10:34

    Almaniya prezidenti qarşılanmaq üçün Qətərdə yarım saat təyyarədə gözləyib - VİDEO
Menyu