Menyu

Zaqatala və Göyçayda sanitar-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

Nərmin Qocamanlı
Zaqatala və Göyçayda sanitar-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

Zaqatala və Göyçay rayonlarında sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Zaqatala rayonunun Mosul və Çobankol, Göyçayda isə şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. 
Aşkar edilmiş faktlarla bağlı kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə iki sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.
Həmçinin, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər