http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qərbi Azərbaycan İcması bəyanat yayıb

17 Noyabr 2023 , 17:43
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Avropa İttifaqının (Aİ) rəsmisi Peter Stano Ermənistanın “Armenpress” xəbər agentliyinə 2023-cü il noyabrın 17-də verdiyi müsahibəsində təxribatçı və ayrı-seçkilik xarakteri daşıyan bəyanatlar verməklə regionda vəziyyəti gərginləşdirməyə çalışmışdır.

"Operativ Media" xəbər verir ki, Aİ rəsmisi Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana köçmüş ermənilərin qayıtmaq hüququ barədə danışdığı halda, Ermənistandan qovulmuş 300 min azərbaycanlının qayıdışı barədə heç nə deməmişdir. Bu, etnik və dini zəmində ayrı seçkilikdir. Xatırladaq ki, dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Aİ  bizim qayıdış hüququmuz barədə mövqeyini ictimai şəkildə ifadə etməkdən imtina edir. 

Bundan başqa, Aİ rəsmisi Ermənistanın ərazi bütövlüyünün qorunmasından müqəddəs vəzifə kimi dəm vuraraq, Azərbaycanı təhdid etmişdir. Əvvəla, Aİ-yə yaxşı məlumdur ki, Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. Bundan əlavə, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü pozmuş, işğal etdiyi Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlını qovmuş və Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmış Ermənistanın əməllərinə göz yuman Aİ-nin indi Ermənistanın heç bir təhdid altında olmayan ərazi bütövlüyünün müdafiəsinə qalxması ikiüzlülükdür. 

Aİ rəsmisinin Azərbaycanın “Qarabağda birtərəfli hərbi addım atması”ndan əndişələnməsi riyakarlıqdır. Azərbaycan öz suveren ərazisində əməliyyat keçirməyə görə heç kimdən, o cümlədən Aİ-dən icazə almır və heç kimə hesabat vermir. 

Qarabağda beynəlxalq qüvvələrin mövcudluğunun vacibliyini vurğulayan Aİ qoy gedib belə missiyaların Aİ ölkələrinə, məsələn irqçilik və islamofobiyanın çiçəkləndiyi, Korsika dilinin qadağan edildiyi Fransaya və ya rus etnik azlığına qarşı ayrı-seçkilik siyasəti yeridən Litvaya göndərilməsi ilə məşğul olsun. 

Aİ Azərbaycanın daxili işlərinə müdaxilə kimi düşük və təkəbbürlü əməllərinə son qoymalı, bölgədə vəziyyəti gərginləşdirən  ikiüzlü və ayrı-seçkilik siyasətindən əl çəkməli, Ermənistanın silahlandırılmasını dayandırmalı və bu ölkədən qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməlidir. 

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub

"Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Şəmkirdə maşın piyadanı vuraraq öldürdü

Şəmkirdə maşın piyadanı vuraraq öldürdü

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu