Bu ilin noyabrında Yaponiyanın paytaxtı Tokioda inflyasiya keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə inflyasiya15 aydır ki, artmağa davam edir. İstehlak vergisi artımlarının təsiri nəzərə alınmasa, bu nisbət Tokio bölgəsində 1982-ci ildən bəri ən yüksək inflyasiya artımı olaraq qeyd edilib.
2022-ci ilin noyabr ayı üçün açıqlanan məlumatlara görə, Tokioda ərzaq qiymətləri 6,7 faiz, enerji qiymətləri isə 24,4 faiz artıb.
Qeyd edək ki, İnflyasiyanın artmasının əsas səbəbləri enerji xərclərinin artması və valyuta məzənnələri qarşısında yapon yeninin böyük dəyər itirməsidir.