Gömrük idarələrində yeni pilot layihənin tətbiqinə başlanılır. "Operativ Media" xəbər verir ki, pilot layihənin detalları haqqında “Ticarət və İxracat Forumu-2022” tədbirində Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev danışıb.
"Bildiyiniz kimi şəxslərin hər hansisa gömrük idarəsində mallarin rəsmiləşdiurməsi zamani bir gömrük idarəsində avans hesabında olan vəsaitindən digər gömrük idarəsində yaranacaq borcda istifadə edə bilmir və ya bir gömrük ödəniş növü üzrə avansında olan vəsaitindən digər yaranmış borcu üzrə istifadiə edə bilmir. Amma yaranmış yeni fəaliyyət proqramında bu həllini tapib. Buna 1 dekabrdan pilot layihə kimi başlanacaq. 1 yanvardan isə tam tətbiqinə keçiləcək"-deyə o, qeyd edib.