01 Dekabr 2022, 11:34
Türkiyə bu gündən Boğaziçi və Çanaqqala boğazlarından keçən neft daşıyıcılarından sığorta tələb edəcək

Türkiyə bu gündən etibarən Boğaziçi və Çanaqqala boğazlarından keçərkən neft daşıyıcılarından sığorta tələb etməyə başlayacaq.
"Operativ Media" xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin sirkulyarına əsasən, boğazlardan neft daşıyan gəmilərdən sığorta şirkətindən həmin səfər və yük üçün sığortanın təmin ediləcəyinə dair məktub təqdim etmələri tələb olunacaq.
Gəmilər boğazlardan sığortasız keçərsə, su yollarına ciddi ziyan dəyə bilər, sığortası olmayan gəmi qəzaya uğrayarsa, nəqliyyatın hərəkəti dayandırıla bilər.