Menyu

Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində tədbirlər görülüb

Əziz Əzizli
Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində tədbirlər görülüb

Salyan və Saatlıda pirotexniki vasitələr satan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib. Qayda pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən olunub və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bu istiqamətdə tədbirlər respublikanın bütün bölgələrində davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər