Menyu

İnsanlar yeni ili harada qarşılamağa üstünlük verirlər?

Nərmin Qocamanlı
İnsanlar yeni ili harada qarşılamağa üstünlük verirlər?

İnsanların bir çoxu yeni ili monotonluqdan kənar, fərqli yerdə və fərqli tərzdə keçirməyə üstünlük verir. Bir çox insan yeni ili ökəmizin müxtəlif bölgələrində qarşılayır, bəziləri isə yeni ili xarici ölkələrdən birində qeyd etməyi seçir. Bəs yeni il ərəfəsində vətəndaşların seçimi daha çox hansı istiqamətdə olur?

Turizm üzrə ekspert Əziz Şiriyev "Operativ Media"ya açıqlamasında bildirib ki, seçimlər əsasən əhalinin imkanına görə dəyişir:

Yeni ilə 1 həftə qalmış heç bir hoteldə yer tapılmayacaq-Xəbərdarlıq

"Vətəndaşlarımız yerli turları seçərkən belə imkanına uyğun qərar verir. Yəni öz maşını ilə gedib istirahət etmək istəyən şəxslər qiyməti 1000 manat üzərində olan bahalı otellərdə qalıb, qala gecəsində iştirak edərək istirahət edə bilirlər. Amma digər qrup insanlar isə maşın sürmədən, yanacaq sərf etmədən ölkədaxili bir gecə - iki günlük, iki gecə - üç günlük, hətta bir günlük Şahdağ və yaxud Tufandağ turlarına qoşularaq yeni ili qeyd edirlər. Bu, daha münasib başa gəlir və kollektivə getdikdə şən keçir.

Bir qrup insan isə deyir ki, ölkədaxili otellərdə bu qədər pul xərcləyənə qədər xaricə gedib həmin pulu xərcləyərəm. Çünki bu günlərdə xarici hava yollarının bəziləri müəyyən bir kompaniyalar təklif edirlər. Məsələn, ucuz qiymətə Romaya, Dubaya, Misirə uçuşlar var. Şarm El Şeyxə, və yaxud İskəndəriyyə şəhərində məşhur mayaka gəzintilər olur. Hətta Tayland və Bali səfərləri baha başa gəlsə də,  yenə də gedənlər olur. Bu da insanların imkanına və düşüncə tərzinə görə dəyişir. Bir çoxları Avropanın çox bahalı olduğunu bildirir. Buna görə də əvvəllər gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı deyənlər, indi gəzməyə də öz ölkəmizi seçirlər".

Sevinc İbrahimzadə

Teqlər:

"\u0130nsanlar yeni ili harada qar\u015f\u0131lama\u011fa \u00fcst\u00fcnl\u00fck verirl\u0259r?"

Əlaqəli Xəbərlər