Menyu

Qubada pirotexniki vasitələr satan 2 şəxs saxlanılıb

Nərmin Qocamanlı
Qubada pirotexniki vasitələr satan 2 şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı 2 nəfər rayon sakininin qeyd edilən qayda pozuntusuna yol verdikləri və rayon ərazisində qanunsuz olaraq pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin şəxslər tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər