DİN: Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatla bağlı "ASAN xidmət"ə müraciət edə bilərlər
Nərmin Qocamanlı
Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
"Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir", məlumatda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma