Menyu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Nərmin Qocamanlı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər