Menyu

Azərbaycan və Türkiyə şirkətləri Birgə İştirak Müqaviləsi imzalayıb

Azərbaycan və Türkiyə şirkətləri Birgə İştirak Müqaviləsi imzalayıb

İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanmışdır.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" də bildirib.

O, qeyd edib ki, İşğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanmışdır:

"Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək".

Teqlər:

"Az\u0259rbaycan v\u0259 T\u00fcrkiy\u0259 \u015firk\u0259tl\u0259ri Birg\u0259 \u0130\u015ftirak M\u00fcqavil\u0259si imzalay\u0131b"

Əlaqəli Xəbərlər