Menyu

Türkiyədə yol qəzasında 11 nəfər ölüb, 57 nəfər yaralanıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Türkiyədə yol qəzasında 11 nəfər ölüb, 57 nəfər yaralanıb - YENİLƏNİB
1 dəq oxu

Türkiyədə şimal Mərmərə magistralının Sakarya ərazisində 7 avtomobilin iştirakı ilə baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb, 57 nəfər yaralanıb.

"Operativ Media" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Sakarya Valisi Yaşar Karadeniz bildirib.

O, qeyd edib ki, yaralılardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

08:57

Türkiyədə şimal Mərmərə magistralının Sakarya ərazisində 7 avtomobilin iştirakı ilə baş verən qəzada 10 nəfər ölüb, 54 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Əlaqəli Xəbərlər