Xəzər rayonunda 7 evdən oğurluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Xəzər rayonunda 7 evdən oğurluq edən şəxs saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net