Qobustanda yerin təkindən qanunsuz istifadə edən şəxs məsuliyyətə cəlb olunub
Nərmin Qocamanlı
Qobustan Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən monitorinq zamanı rayonun Ərəbqədim kəndi ərazisində qanunsuz olaraq “KamAZ” markalı yük avtomobili ilə torpaq daşınması faktı aşkarlanıb. Faktla bağlı avtonəqliyyat vasitəsinin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net