Menyu

İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb  

Nərmin Qocamanlı
İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb  

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Məmmədli  kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakini A.Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı 1 ədəd ov silahı, həmin silaha aid patronlar, 3 ədəd səsgücləndirici və digər ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər