Menyu

Qaraçuxur və Əmircanda yolların əsaslı təmirinə 600 min manat ayırıldı

Nərmin Qocamanlı
Qaraçuxur və Əmircanda yolların əsaslı təmirinə 600 min manat ayırıldı
1 dəq oxu

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600,0 (altı yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Əlaqəli Xəbərlər